19 sentyabr 2011 14:03
Neftçinin sabiq oyunçusundan Premyer Liqada möhtəşəm qol (VİDEO)
“Neftçi” və “İnter”in sabiq müdafiəçisi, hazırda karyerasını Rusiyanın “Rostov” klubunda davam etdirən Dmitri Kruqlov Premyer Liqanın son turunda fərqlənib. Azerisport.az xəbər verir ki, Estoniya yığmasının şərəfini qoruyan təcrübəli futbolçu Rusiya çempionatının son turunda MOİK-lə görüşdə komandasına bir xal qazandıran qola imza atıb. Azərbaycan Premyer Liqasının iştirakçısı 5-ci dəqiqədə adını tabloya yazdırıb. Lakin “Rostov” qələbə hesabını sonadək qoruyub saxlaya bilməyib. 65-ci dəqiqədə MOİK-in heyətində Dumbia komandasının bərabərlik qoluna imza atıb.
