19 sentyabr 2011 17:00
Avqustun ən yaxşı futbolçusu sabah mükafatlandırılacaq
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2011/2012-ci il mövsümündə avqust ayının ən yaxşı oyunçusu məlumdu. Azerisport.az xəbər verir ki, Unibank Kommersiya Bankının və Peşəkar Futbol Liqasının klubların baş məşqçiləri və kapitanları, həmçinin idman jurnalistləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən müəyyən olunmuş qalibin mükafatlandırılıma mərasimi çərşənbə axşamı sentyabrın 20-də "UniPlaza"da təşkil olunacaq.
Saat 16:00-da başlayacaq tədbirə bütün KİV nümayəndələri dəvətlidi.
