19 sentyabr 2011 17:25

Dövlət qanunsuz totalizatorlara qarşı mübarizəni gücləndirir

Azərbaycanda qanunsuz olaraq lotereya və idman mərc oyunlarını təşkil edənlərin, keçirənlərin cinayət məsuliyyətinə cəlb olunması təklif edilib. Azerisport.az xəbər verir ki, bu barədə "Trend"ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə məlumat verib.
 
Millət vəkili bildirib ki, Cinayət və İnzibati Xətalar məcəllələrinə bununla bağlı əlavə və dəyişikliklər haqqında qanun layihəsi hazırlanıb. Cinayət Məcəlləsinə bununla bağlı 192-1-ci maddə əlavə edilməsi təklif olunur. Təkliflərdə göstərilir ki, lotereyanın buna hüququ olmayan şəxs tərəfindən və qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan təşkili və ya keçirilməsi, vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya bir ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
 
Qənizadənin sözlərinə görə, qeyd olunan cinayətlər təkrar, külli miqdarda ziyan vurulduqda, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə isə cinayət nəticəsində vurulmuş ziyanın 3 misli miqdarında cərimə və ya 1 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılması təklif olunur.
 
Qumarxana təşkil etmə və ya saxlama da cinayət məsuliyyətinə səbəb olacaq. Bununla bağlı Cinayət Məcəlləsinə 244-1-ci maddə əlavə olunması nəzərdə tutulur. Deputat bildirib ki, qumarxana təşkil etmə və ya saxlama cinayətinə görə 2 ilədək islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulacaq. Bu cinayət təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilərsə, 3-6 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
 
Layihədə qeyd olunur ki, lotereya və idman mərc oyunları qumar oyunlarına şamil edilmir. Qumar oyunu dedikdə pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun başa düşülür.
 
İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərdə qanunsuz olaraq lotereyanın və idman mərc oyunlarının buna hüququ olmayan şəxs tərəfindən və qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan təşkili və ya keçirilməsinə görə 1500 manatdan 2 min manatadək cərimə nəzərdə tutulur.
 
Qumar oyunu ilə bağlı İXM-in 309-cu maddəsi də yenidən işlənib. Qumar oyununda iştirak etmək, yəni qumar oynamağa görə oyun ləvazimatı, qumara qoyulmuş pul vəsaiti və ya digər əmlak müsadirə edilməklə 400-600 manat cərimə nəzərdə tutulur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.