19 sentyabr 2011 12:45
Rəhman Hacıyev: İnşallah, Neftçini də udarıq
“Bakı”nın gənc hücumçusu Rəhman Hacıyev Premyer Liqanın 6-cı turunun “Turan”la oyunundan (2:0) sonra açıqlama verib. Azerisport.az xəbər verir ki, o, “Bakı TV”yə müsahibəsində bunları dilə gətirib:
“Çətin oyun oldu. Amma mübarizə apardıq, qələbə qazandıq. Bizim üçün heç bir oyun asan deyil. Növbəti oyunumuz “Neftçi” ilədi. İnşallah, onu da udarıq. Buna inanıram. Birinci yerə layiqik və buna nail olmağa çalışırıq”.