19 sentyabr 2011 13:00
Rauf Əliyevin yaşıl meydana dönəcəyi tarix açıqlandı
Azərbaycan yığmasının və “Qarabağ”ın forvardı Rauf Əliyevin sıradan çıxdığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin gənc oyunçusu sonuncu turda “Xəzər Lənkəran”la oyunda aldığı zədə səbəbindən ən azı 6 həftə meydana çıxa bilməyəcək.
Görüşün 43-cü dəqiqəsində rəqib düşərgədən Elnur Allahverdiyevin zərbəsinə düçar olan Raufun diz qapağında qismən qopma meydana gəlib. Bu səbəbdən 22 yaşlı forvard ən azı 1 ay “dincəlməlidi”. Raufun noyabrın ortalarında geri dönəcəyi ehtimal olunur. Məlumatı “Qarabağ”ın rəsmi saytı yayıb.
