20 sentyabr 2011 13:14

AFFA-dan Premyer Liqa klublarına cəza yağmuru

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
Premyer Liqanın 6-cı turunun “Simurq”– “Kəpəz” matçının 45-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Razvan Tarlea kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 65-ci və 73-cü dəqiqəsində “Simurq”un azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. Matçın 65-ci dəqiqəsində “Simurq”un futbolçusu İlkin Qırtımov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Ceyhun Sultanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
 
“Qarabağ” – “Xəzər Lənkəran” matçının 63-cü dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Elnur Allahverdiyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
 
“Turan” – “Bakı” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimə olunublar. Oyunun 45-ci dəqiqəsində “Turan”ın azarkeşləri tərəfindən meydançaya meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. “Turan” klubu matçın 15-ci dəqiqəsində
 
“Turan” klubunun futbolçusu Məhərrəm Müslümzadənin əllə oyuna görə, matçın 45-ci dəqiqəsində isə Ramal Hüseynovun hakimə etiraz etdiyinə görə sarı vərəqə ilə cəzalandırıldığı və göstərilən vərəqələrin əsasız olması haqqında İntizam Komitəsinə məktub ünvanlayıb. Matçın video yazısını izlədikdən sonra İntizam Komitəsi nəzərdə tutulan hadisələr haqqında aşağıdakı qərarları qəbul edib:
 
1.  Matçın 15-ci dəqiqəsində “Turan”ın futbolçusu Məhərrəm Müslümzadəyə əllə oyuna görə göstərilmiş sarı vərəqə ləğv edilsin.
 
2.  Matçın 45-ci dəqiqəsində  Ramal Hüseynova hakimə etiraz etdiyinə görə göstərilmiş sarı vərəqə qüvvədə qalsın.
 
Premyer Liqanın 6-cı turunun “Neftçi” – “Qəbələ” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.