20 sentyabr 2011 13:23

Baş məşqçi bir, futbolçular dörd oyunluq diskvalifikasiya olundu

Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 6-cı turunun oyunlarında baş verən qanun pozuntularına da hüquqi qiymət verilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb.
 
AZAL –  “İnter” matçında “İnter”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “İnter”in futbolçusu Əbülfəz Hüseynli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub. Matçın 85-ci dəqiqəsində AZAL-ın futbolçusu Elmir Məmmədov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 1500 manat cərimə olunub.
 
“Rəvan” –  “Sumqayıt Şəhər” matçında “Sumqayıt Şəhər”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 44-cü dəqiqəsində “Sumqayıt Şəhər”in futbolçusu Eldar Məmmədovla “Rəvan”ın futbolçusu Ramil Nuriyev aqressiv oyuna görə (rəqibə başla zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 4 oyunluq cəzalanıb, klubları 2000 manat cərimə olunub. Matçın 70-ci dəqiqəsində “Sumqayıt Şəhər”in baş məşqçisi Vaqif Paşayev texniki zonadan kənarlaşdırıldığına görə 1 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub.
 
Matçın protokolunda oyunun 87-ci dəqiqəsində “Sumqayıt Şəhər”in futbolçusu Samir Yusifovla “Rəvan”ın futbolçusu Muxtar İsmayılov  aqressiv oyuna görə (rəqibə başla zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılması göstərilib. Lakin matçın video yazısını izlədikdə hər iki futbolçuya göstərilən qırmızı vərəqənin əsassız olduğu aşkar olunub. Bu səbəbdən də hər iki futbolçuya göstərilən vərəqə ləğv edilib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.