20 sentyabr 2011 13:33
AFFA birinci divizion klublarının da cəzasını açıqladı
Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında Azərbaycan çempionatının birinci divizonunun son turunun oyunlarında baş verən qanun pozuntularına da hüquqi qiymət verilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb.
Azərbaycan birinci divizionunun 2-ci turunun “Göyəzən” – “Şuşa” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 100 manat cərimə olunublar.
“Energetik” – “Neftçala” matçında “Energetik”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Şəmkir” – “Karvan” matçında “Şəmkir”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Qaradağ Lökbatan” – “MKT Araz” matçında “MKT Araz”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
MOİK – “Həkəri” matçında “Həkəri”inin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Muğan” – “Lokomotiv” matçında “Muğan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
