20 sentyabr 2011 14:20
Ceyhun Sultanov: Milli komandada oynamağa hazıram
“Kəpəz”in yarımmüdafiəçisi Ceyhun Sultanov avqust ayının ən yaxşı futbolçusu seçilməsi münasibətilə azerisport.az saytının suallarını cavablandırıb.
- Premyer Liqanın avqust ayı üçün ən yaxşı futbolçusu seçiləcəyinizi gözləyirdiniz?
- Həm gözləyirdim, həm də yox. Başa düşürdüm ki, ötən ay özümü yaxşı tərəfdən göstərmişdim. Çoxlarının diqqətini çəkə bilmişdim. İnanırdım ki, mətbuat işçiləri mənim çıxışımı qiymətləndirəcəklər. Amma həmin ay Rauf Əliyev də özünü yaxşı tərəfdən göstərmişdi. Bu üzdən də çox ciddi rəqabət var idi. Odu ki, qalib gələcəyimi gözləmirdim.

- Bəs siz özünüz kimə səs verərdiniz?
- Təbii ki, Raufa. Əgər bu futbolçu öz üzərində işləsə, çox şeyə nail olacaq. Təəssüf ki, son turda o, zədə aldı.
- 1111 manatı nəyə xərcləyəcəksiz?
- Heç bu haqda düşünməmişəm. Mən pul üçün oynamıram. Hazırda daha çox oyunumla diqqət mərkəzinə düşməyə çalışıram. Buna da nail oldum.

- Avqust ayı üçün niyə məhz siz seçildiniz?
- Mən qarşıma məqsəd qoymuşam ki, özümü göstərim və hamı görsün ki, hələ oynaya bilirəm, məni hesabdan silmələri tezdi. Qayıdışım da həmin aya təsadüf etdi. Komandam da bunda böyük rol oynadı. Hamı məni dəstəklədi.

- Komandanız mövsümə heç də pis başlamayıb. AZAL və “Bakı” kimi komandaları yenmisiz. Amma həm də “Turan” və “Simurq”a uduzmusuz. “Altılığ”a düşməməyiniz üzücü olmayacaq ki?
- Hələ bu haqda danışmaq çox tezdi. Qarşıda çox oyunumuz var. Hər şey özümüzdən asılıdı. Sadəcə, biz güclü komandalara qarşı oyunlara yaxşı kökləndiyimiz halda, bunu bütün görüşlərdə həyata keçirə bilmirik. “Simurq”la oyuna köklənə bilmədik. Bu, bizim əsas mənfi cəhətimizdi.

- Qarşıdan “İnter”lə oyun gəlir, amma siz həmin matçı buraxmalı olacaqsız...
- “İnter” yaxşı komandadı. Amma onlar hələ öz oyunlarını tapa bilməyiblər. Bundan istifadə edib, xal almaq lazımdı. Əgər onları məğlub edəcəyimizə inansaq, buna nail olacağıq. “Kəpəz” birinci altılıqda oynamalıdı. Bunu bacarmasaq, çox pis olacaq.
- Azərbaycan yığmasına çağırılmaq barədə düşünmürsüz?
- Mənim işim oynamaq, öz üzərimdə işləməkdi. Hər şey məşqçilər korpusundan asılıdı. Əgər çağırsalar, milli komandada oynamağa hazıram.