20 sentyabr 2011 15:15
Neftçi Cavid Hüseynovu bağışladı
“Neftçi” rəhbərliyi komandanın yarımmüdafiəçisi Cavid Hüseynovu bağışlayıb. Azerisport.az xəbər verir ki, o, artıq bu gün “ağ-qaralar”ın səhər məşqində komanda yoldaşları ilə birgə hazırlıq keçib.
Hüseynov etdiyi hərəkətə görə üzr istəyib və məşqçilər korpusu da onun əffinə qərar veriblər. Beləliklə, millimizin yarımmüdafiəçisi müvəqqəti olaraq göndərildiyi əvəzedici komandanın məşqlərindən azad olunub.
Xatırladaq ki, Cavid Hüseynov klubun daxili intizam kodeksini pozduğuna görə əvəzedici heyətə göndərilməsi ilə bağlı qərar sentyabrın 13-də qəbul olunmuşdu.
