20 sentyabr 2011 15:41
Flavinyo: Azərbaycanda çox kobud oynayırlar
“Neftçi”nin yarımmüdafiəçisi Flavinyo Premyer Liqanın 6-cı turunun “Qəbələ” ilə oyunundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- AZAL və “Xəzər Lənkəran”a məğlubiyyətlərdən sonra nəhayət, “Qəbələ” ilə oyunda uğursuzluqlara son qoya bildiniz...
- Bu oyun Lənkərandakından daha ağır alındı. Amma bu dəfə uğur bizim tərəfimizdə oldu. Ədalət naminə qeyd etmək lazımdı ki, biz qələbəyə layiq oyun sərgilədik. Ardıcıl üçüncü oyunda xal itirməyə haqqımız yox idi. Rəqibimiz bir saatdan çox yaxşı dayansa da, sonda biz istəyimizə nail olduq.
- Amma istənilən halda yeni mövsümü sizin üçün uğurlu hesab etmək olmaz...
- Mən sizinlə razıyam. Ötən mövsümə biz daha yaxşı başlamışdıq. Turnir cədvəlində vahid liderlik də əlimizdə idi. Bu mövsüm isə gördüyünüz kimi, hələlik uğursuzuq. Amma zamanla hər şeyi yoluna qoymaq olar.
- Heyətiniz elə həmin futbolçulardan ibarətdi. Dəyişən nədi ki?
- Bunun çox sadə səbəbi var. “Neftçi” çempiondu. Bu üzdən də bütün rəqiblərimizin bizə qarşı ikiqat güclə mübarizə aparması başadüşüləndi.
- Bunun çox sadə səbəbi var. “Neftçi” çempiondu. Bu üzdən də bütün rəqiblərimizin bizə qarşı ikiqat güclə mübarizə aparması başadüşüləndi.
- Bu, mövsümə uğursuz başlanğıcın yeganə səbəbidi?
- Başqa səbəblər də var. Biz Çempionlar Liqasında çıxış etdik, uğursuzluqla üzləşdik, avrokubok oyunları səbəbindən daha yaxşı hazırlaşa bilmədik.
- “Qəbələ” ilə oyununuz çox kobud alındı. Buna nə səbəb oldu?
- Ümumiyyətlə, Azərbaycanda çox kobud oynayırlar. Çoxlu qayda pozuntuları olur. Hakimlər oyunun əvvəlində bir neçə sarı vərəqə verməlidilər ki, futbolçular sakit oyun oynasınlar.
- Ümumiyyətlə, Azərbaycanda çox kobud oynayırlar. Çoxlu qayda pozuntuları olur. Hakimlər oyunun əvvəlində bir neçə sarı vərəqə verməlidilər ki, futbolçular sakit oyun oynasınlar.
- Növbəti turda sizi “Bakı” ilə paytaxt derbisi gözləyir...
- Bizi çoxlu çətin oyunlar gözləyir. Gördüyünüz kimi, xal itkiləri də qaçılmazdı. Əgər biz öz uğurumuzu təkrarlamaq istəyiriksə, qətiyyən arxayınlaşmamalıyıq. Çempionatın lideri olan “Xəzər Lənkəran” elə də uzağa getməyib ki, həvəsdən düşək.
