20 sentyabr 2011 16:21
Fenerin prezidenti getdi, Beşiktaşın prezidenti onu əvəzlədi
Türkiyə Klublar Birliyinin yeni prezidenti müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu vəzifəyə “Beşiktaş”ın prezidenti Yıldırım Dəmirörən təyin olunub.
Xatırladaq ki, bu postu “Fenerbahçe”nin prezidenti Aziz Yıldırım tururdu. Lakin o, danışlmış oyunlarla bağlı həbs olunandan az sonra Klublar Birliyinin prezidenti postundan istefa verdiyini açıqladı. Elə onun istefa verməsindən bəri Klublar Birliyi başsız qalmışdı. Ancaq bu gün keçirilən seçkilərdə Dəmirörən Birliyin başına keçib.
Qeyd edək ki, Superliqada çıxış edən 18 komandanın prezidenti məhz Dəmirörənin bu vəzifəyə təyin olunmasını məqsəduyğun sayıb.
