20 sentyabr 2011 16:38
Sumqayıt Şəhərdən xeyirxah addım (FOTOREPORTAJ)
“Sumqayıt Şəhər” Peşəkar Futbol Klubunun nümayəndələri Sumqayıtda yerləşən sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəbini ziyarət edib. Azerisport.az xəbər verir ki, tədbirdə futbolçular – Samir Abasov, Emin Mustafayev, Slavik Alxasov və rəsmi fanklub “Gənclik-50”nin nümayəndələri də iştirak ediblər. Görüşdə uşaqlara klubun atributları və müxtəlif hədiyyələr təqdim olunub.
