20 sentyabr 2011 20:19
Turanın futbolçuları məşqə çıxmaqdan imtina etdilər
“Turan”da böhran davam edir. Azerisport.az xəbər verir ki, xeyli müddəti pullarını ala bilməyən, buna görə öncə “Qəbələ”, daha sonra “Bakı” ilə oyunlara çıxmayacağı gözlənilən, lakin rəhbərliyin bir təhər razı saldığı futbolçular bu gün də məşqə çıxmaqdan imtina ediblər.
Onların belə addım atmasına səbəb təbii ki, eyni amildi. Artıq iki aydı klub rəhbərliyindən heç nə almayan futbolçular bu problem həllini tapmayacağı halda, indi də 7-ci turun “Rəvan”la oyununa çıxmaqdan imtina etməyə hazırlaşırlar.
Qeyd edək ki, “Rəvan” – “Turan” görüşü sentyabrın 23-də keçiriləcək. Bu problemin necə həll olunacağı isə qaranlıq qalır.
