20 sentyabr 2011 11:18

Elnur Allahverdiyev: Onlar Premyer Liqanın ən yaxşılarıdı

“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev Premyer Liqanın 6-cı turunun “Qarabağ”la oyunundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Qarabağ”la oyundakı qələbənizi necə qiymətləndirirsiz?
- “Qarabağ” hazırda ölkənin ən güclü klublarından biridi. Buna baxmayaraq, biz liderliyimizi qorumaq və xal itkisi ilə üzləşməmək istəyirdik. Düşünürəm ki, liderliyə layiq oyun sərgilədik. Təəssüf ki, mən komandamı pis vəziyyətdə qoydum. Uşaqlar sağ olsunlar ki, azlıqda qalandan sonra mənim yoxluğumu hiss etdirmədilər.
 
- Qırmızı vərəqə ilə bağlı nə deyə bilərsiz?
- Birinci epizodda sərt hərəkət var idi. Bu futboldu və deməzdim ki, xəbərdarlıq almaq üçün oynadım. Hakim heç nə görməmişdi. Sadəcə, “Qarabağ”ın oyunçuları başladılar qışqırmağa, nəyisə göstərməyə. O da sarı vərəqə verdi. İkinci epizodda isə “podkat”a getdim və xüsusi heç nə etməmişdim. Top da onsuz ağdamlılarda qalmışdı. Amma buna baxmayaraq, məni meydandan qovdu. Elə təəssürat yaranır ki, hamı mənə qarşıydı.
 
- Nə demək istəyirsiz ki?
- Mənə vərəqələri çox asanlıqla verirlər. Maraqlıdı, onlar istəyirlər ki, mən rəqib oyunçuları buraxım? Onda yaxşı olacam? Mən elə xarakterə malik oyunçu deyiləm. Mən meydanda həmişə döyüşmüşəm.
 
- Avrokuboklardakı uğursuzluğa baxmayaraq, çempionatda işlər çox yaxşı gedir. 6 turdan sonra lider olacağınızı gözləyirdiz?
- Legionerlərimiz yaxşı səviyyədədi. Fikrimcə, onlar Premyer Liqanın ən yaxşılarıdı. Heyətimizə görə də birinci yeri tutmağa layiqik. Amma “Qarabağ” üzərində qələbə ilə hər şey bitmir. Qarşıda hələ çox oyunlarımız var. Çempionluğa layiqik.
 
- Növbəti turda ən yaxın izləyicinizə qarşı oynayacaqsız...
- “Qəbələ” yaxşı komplektləşmiş komandadı. İngiltərə futbolu oynamağa çalışırlar. Viktor Mendi və Deon Barton ciddi futbolçulardı. Digər mövqeləri də xüsusi qeyd etmək olar. Biz onlardan geri qalmırıq. Kimin güclü olduğunu isə oyun göstərəcək. Biz evdə oynayacağıq ki, bu da üstünlüyümüzdü. “Qarabağ”la oyunda olduğu kimi, “Qəbələ”ni də məğlub etməliyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.