20 sentyabr 2011 11:23
AFFA-nın baş katibini UEFA-nın tədbirinə çağırdılar
Bu gün və sabah Kiprdə UEFA-nın üzvü olan milli assosiasiyaların baş katiblərinin iştirakı ilə seminar təşkil olunacaq. Azerisport.az xəbər verir ki, tədbirdə AFFA da təmsil olunacaq.
Belə ki, assosiasiyanın baş katibi Elxan Məmmədov da bu tədbrdə iştirak edəcək. O, artıq bu məqsədlə sözügedən ölkəyə dəvət olunub.
