20 sentyabr 2011 11:31
Futbolçularımız alman həmyaşıdlarıyla sülh bağladılar
Almaniyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamızın rəqibi “FSV Frankfurt” klubunun U-17 komandası olub.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Şirməhəmməd Məmmədov fərqlənib.
