20 sentyabr 2011 11:54
Azərbaycan - Avstriya oyununun biletləri satışda
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də, saat 21:00-da, “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Avstriya oyununun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, biletləri Park Bulvar Alış-Veriş Mərkəzinin I və IV mərtəbəsindəki satış nöqtələrində, Mərdəkan qəsəbəsində, «Abşeron» sanatoriyasının arxasındakı Topaz məntəqəsində və AFFA-nın inzibati binasının qarşısındakı Fan-shop-da almaq mümkündü.
Qeyd edək ki, qiymətlərlə aşağıdakı fotoda tanış ola bilərsiz.
