20 sentyabr 2011 00:02
Flavinyo: Qəbələ ilə oyun daha ağır alındı, nəinki XL-la
“Neftçi”nin yarımmüdafiəçisi Flavinyo Premyer Liqanın 6-cı turunda “Qəbələ” üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az saytına müsahibəsində braziliyalı futbolçu 2:0 hesablı qələbələri ilə bağlı bunları dilə gətirib:
“Bu oyun Lənkərandakından daha ağır alındı. Amma bu dəfə uğur bizim tərəfimizdə oldu. Ədalət naminə qeyd etmək lazımdı ki, biz qələbəyə layiq oyun sərgilədik. Ardıcıl üçüncü oyunda xal itirməyə haqqımız yox idi. Rəqibimiz bir saatdan çox yaxşı dayansa da, sonda biz istəyimizə nail olduq”.