20 sentyabr 2011 12:11
Milli komandamızın heyəti açıqlandı
Sentyabrın 26-dan oktyabrın 2-dək AFFA Futbol Mərkəzində çimərlik futbolu üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq bu toplanışda iştirak edəcək futbolçuların adları da açıqlanıb.
Yığmaya bütövlükdə 16 futbolçu çağırılıb. Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Namiq İsgəndərov, Emin Kürdov, Ramil Əliyev, Elşən Hüseynov, Orxan Məmmədov, Nahid Mehrəliyev, İlqar Abdulov, Əli Hüseynov, Əbdül Əliyev, Comərd Baxşəliyev, İlkin Hacıyev, Asif Zeynalov, Ruslan Rahmatulin, Anar Məmmədov, Əjdər Mirzəliyev, Ümid Hüseynov.
