20 sentyabr 2011 12:25
Qarabağda biri getdi, ikisi qayıtdı
“Qarabağ” AZAL-la oyunun hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, sentybarın 24-də “təyyarəçilər”lə qaşılaşacaq komanda günü 2 məşqlə keçirəcək.
Dünən komanda istirahət edib. “Xəzər Lənkəran”la oyundan sonra bərpaedici məşqə çıxan ağdamlılar bu gün AZAL-la oyunun hazırlıqlarının əsas mərhələsinə başlayıb.
Səhər məşqi 10:30-da başlayıb. Suraxanı qəsəbə stadionunda baş tutan çalışmada uzun müddətə sıradan çıxan Rauf Əliyev iştirak etməyib. Əvəzində 1 aydan çoxdu yaşıl sahələrdən uzaq düşən Zaur Həşimov və Emin İmaməliyev komandayla məşqlərə başlayıb. Axşam məşqi isə 17:00-a nəzərdə tutulub.
