20 sentyabr 2011 12:38
Neftçinin prezidenti Tərəqqi medalı aldı
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Neftçi"nin prezidenti Sadıq Sadıqovu mükafatlandırıb. Azerisport.az xəbər verir ki, dövlət başçısı klub rəhbərini "Tərəqqi" medalı ilə təltif edib.
Sadıq Sadıqov bu mükafatı "Neftçilər Günü" münasibəti ilə alıb. Prezidentin imzaladığı sərəncama əsasən 3 nəfər "Şöhrət" ordeni, 60 nəfər isə "Tərəqqi" medalı ilə təltif olunub. Təltif olunanlardan biri də "Neftçi"nin prezidentidi.
