20 sentyabr 2011 12:46
“Tez bir zamanda forma yığıb komandama kömək etmək istəyirəm”
“Sumqayıt Şəhər”in mövsümlərarası fasilədə “Neftçi”dən icarəyə götürdüyü hüçumçusu Ruslan Qurbanov artıq komanda ilə birlikdə məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, bununla əlaqədar olaraq, 20 yaşlı futbolçu klubun rəsmi saytına açıqlama verib:
“Çox çətin dövrü arxada qoyduğuma inanıram. Artıq komanda ilə birlikdə məşqlərə başlamışam. Futbolçu üçün ən çətin an onun futboldan uzaq qalmasıdı. Tez bir zamanda forma yığıb komandama kömək etmək istəyirəm. Növbəti turda “Simurq”la qarşılaşmaya qədər hazır olacağıma inanıram”.
Qeyd edək ki, Ruslan Qurbanov 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvüdü.
