21 sentyabr 2011 01:13

“Azərbaycan millisində çıxış etməyi təklif etdilər və düşünmədən razılıq verdim”

Mövsümarası dövrdə “İnter”in sıralarına qoşulan gənc yarımmüdafiəçi Rüstəm Abbasov futbola gəlişindən və karyerasından danışıb. Azerisport.az xəbər verir ki, o, Azərbaycanın gənclərdən ibarət milli komandasına aid sualları cavablandırmaqla yanaşı, yeni komandası haqda fikirlərini bölüşüb:
 
- Necə oldu ki, futbolu seçdin?
- Futboladək kikboksinqlə məşğul olmuşam. Lakin bu idman növündə işlərim alınmadı və 10 yaşımda dayım məni “Lada”(Rusiya, Tolyatti) klubunun futbol bölməsinə apardı. Beləliklə də futbolla məşğul olmağa başladım.
 
- Bəs, karyeranın əvvəli necə inkişaf etdi?
- İlk illər “Lada” komandasında oynadım, sonra “Akademiya” (Dmitrovqrad) klubuna keçdim. Həmin komandada 2005-ci ilədək oynadım. 2007-ci ildə bu komandanın ehtiyat heyətində Rusiyanın 3-cü liqasında çıxış etdim. Orada bir dövrəni başa vurdum, sonra ikinci liqada mübarizə aparan “Akademiya”nın əsas heyətinə qatıldım. Bundan sona “Tolyatti” komandasına keçdim. Karyeram belə inkişaf etdi.
 
- Rüstəm, necə oldu ki, “İnter”ə gəldin?
- Azərbaycanın gənclərdən ibarət milli komandasında çıxış etdiyim zaman çıxışımı seleksiyaçı-məşqçi Zaur İsmayılov izləyib. O, mənə gücümü “İnter”in heyətində sınamağı təklif etdi. Mən də məmnuniyyətlə razılıq verdim, əşyalarımı toplayaraq Türkiyəyə yollandım. O zaman komanda təlim-məşq toplanışındaydı, mən də oraya baxışa getdim.
 
- Maraqlıdır, bəs, səni Azərbaycanın gənclərdən ibarət milli komandasında necə tapdılar?
- Bu, mən Rusiyanın U-17 komandasında çıxış etdiyim dövrdə baş vermişdi. O zaman bizim Azərbaycan millisilə yollarımız kifayət qədər tez-tez kəsişirdi. Biz seçmə matçlarında qarşılaşırdıq, Palanqada keçirilən turnirdə də üz-üzə gəlmişik. Bir dəfə mənə yaxınlaşaraq Azərbaycan millisində çıxış etmək barədə təklif etdilər və mən də düşünmədən razılıq verdim.
 
- Məlumdur ki, Rusiyada çıxış edən Emin Mahmudov və Aleksandr Səmədov analoji vəziyyətdə olublar, lakin bununla belə, onlar Azərbaycan milli komandasında çıxış etmək barədə göndərilən dəvətə razılıq verməyə tələsmirlər. “Məhz Azərbaycan milli komandasında çıxış etməyə dəyərmi?” sualı üzərində düşünmüsənmi?
- Xeyr, mən hətta düşünməmişəm. Axı Azərbaycan mənim vətənimdir və mənə belə maraq göstərilməsi çox xoşdur.
 
- Valideynlərin nə zaman və hansı səbəblərə görə Rusiyaya köçüblər?
- Valideynlərim Rusiyaya çoxdan köçüblər. Məsələ ondadır ki, atam Moskvada oxuyub, təhsilini başa vurduqdan sonra Rusiyada qalmağı təklif ediblər və o da buna razılıq verib. Nəticədə ailəmiz atamın işə düzəldiyi Tolyatti şəhərinə köçüb. Mən məhz bu şəhərdə anadan olmuşam.
 
- “İnter”ə qayıdaq... Bu kluba gəlişinədək komanda haqqında nə bilirdin?
- Məlumatım az deyildi. Bakıda toplanışda olarkən ötən mövsüm İnter və AZAL komandaları arasında keçirilən Azərbaycan Kubokunun yarımfinal matçını izləmək imkanım olmuşdu. Bundan başqa, bu komanda Birlik Kubokunun qalibidir. Həmin oyunları televizordan seyr etmişdim.
 
- Komandaya uyğunlaşmaq çətin deyildi ki? Kollevtivə uyğunlaşmağın nə qədər vaxt apardı?
- Xeyr, bununla bağlı hər hansı problem olmadı. “İnter”in bəzi futbolçularını gənclərdən ibarət komandada çıxışlarından tanıyıram. Axı Azərbaycanın U-21 komandasında Nizami Hacıyev, Şəhriyar Rəhimov, Səlahət Ağayevlə birlikdə çıxış etmişəm, həmçinin Elnur Abdulov və Arif Daşdəmirovu da tanıyırdım.
 
- Səni “İnter”ə perspektivli olmağına görə dəvət ediblər. Hələlik əvəzedici heyətidə çıxış edirsən, lakin lazımi təcrübə toplamaq və əsas heyətin oyunçusuna çevrilmək üçün sənə nə qədər vaxtın lazım olduğunu deyə bilərsənmi?
- Bilirsiniz, mən hələ gəncəm və mənə müəyyən vaxt lazımdır. Nə qədər? Dəqiq bilmirəm. Lakin bu barədə düşünmək lazım deyil və oyuna köklənmək lazımdır, yalnız o zaman müəyyən inkişafa nail olmaq mümkündür.
 
- Bu mövsüm komandanın qarşısına hansı məqsədlər qoyulub?
- Mənə məlumdur ki, “İnter” kifayət qədər ambisiyalı komandadır. Bildiyim qədər, hər mövsümün əvvəlində komandanın qarşısında bir tapşırıq qoyulur-çempionluq. Bu il də “İnter” yalnız yüksək yerlər uğrunda mübarizə aparacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.