21 sentyabr 2011 02:05
XL Kamran Ağayev və Elnur Allahverdiyevsiz hazırlaşır
"Qarabağ"la oyundan sonra iki günlük istirahatə buraxalın "Xəzər Lənkəran" yenidən toplaşıb. Azerisport.az xəbər verir ki, dünən Bakıda toplaşan komanda səhər saatlarında Lənkərana yola düşüb.
Günorta Lənkəran şəhər stadionuna çatan "Xəzər Lənkəran" saat 18:00-da "Qəbələ" ilə oyunun hazırlıqlarına başlayıb. Məşqə Kamran Ağayev və Elnur Allahverdiyevdən başqa bütün futbolçular qatılıb. Hazırlıq prosesində baş məşqçi Mirça Redniklə yanaşı, köməkçiləri - Covanni Melkiorre, Mihay Teja və Hafiz Əliyev iştirak edib.
