21 sentyabr 2011 14:28
İnterin əsas qapıçısı sıradan çıxdı
“İnter”in əsas qapıçısı Georgi Lomaya sıradan çıxıb. Azerisport.az xəbər verir ki, o, son turun AZAL-la oyununda zədələnib.
Bu səbəbdən də onun 7-ci turun “Kəpəz”lə ev oyununda meydana çıxıb-çıxmayacağı qaranlıq qalır. Son qərar ətraflı müayinədən sonra veriləcək.
Xatırladaq ki, Lomaya oynaya bilməyəcəyi halda onu Dmitri Kramarenko və ya Səlahət Ağayev əvəzləyə blər.
