21 sentyabr 2011 14:51
Rəvanın qapıçısı millimizin rəqibi ilə oyuna çağırıldı
“Rəvan”ın qapıçısı Artur Kotenko Estoniya yığmasına dəvət olunub. Azerisport.az xəbər verir ki, estonların baş məşqçisi Tarmo Ryutli artıq AÇ-2012-nin seçmə mərhələsinin növbəti oyunu üçün heyəti müəyyənləşdirib və siyahıya Premyer Liqamızda çıxış edən qapıçını da daxil edib.
Qeyd edək ki, estonlar oktyabrın 7-də Şimali İralndiyaya qarşı səfərdə mübarizə aparmalı olacaqlar. Bu, onlar üçün qrupda ikinci yer yüksəlmək üçün son şansdı. Hazırda Estoniya millisi 13 xalla qrupda 3-cü yerdə gedirlər.
Sonda onu da qeyd edək ki, Şimali İrlandiya DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alır.
