22 sentyabr 2011 02:35
Chelsea növbəti mərhələyə penaltilərlə adladı (YENİLƏNİB)
Futbol üzrə İngilərə Liqa kubokunda 3-cü mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 10 qarşılaşma keçirilib.
İddialılardan demək olar ki, hamısı yoluna davam edir. “Manchester United”, “Arsenal” heç bir sürprizə imkan vermədiyi halda, bu mərhələdə “Bolton”la üz-üzə gələn “Aston Villa” kubokla vidalaşmalı olub. Bu mənada “Tottenham”in də “Stoke City”yə məğlubiyyəti diqqətçəkən alınıb.
Qalan görüşlər son oyun günündə keçiriləcək. “Chelsea” – “Fulham” görüşü çox gərgin keçsə də, qalibi yalnız penaltilərlə müəyyənləşdirmək mümkün olub. "Zadəganlar" çətin qələbəyə seviniblər. “Manchester City” – “Birmingham” görüşündə isə meydan sahibləri növbəti mərhələyə adlayan tərəf olublar.
İngilərə Liqa kuboku
3-cü mərhələ
20 sentyabr
Aldershot – Rochdale – 2:1
Arsenal – Shrewsbury – 3:1
Aston Villa – Bolton – 0:2
Burnley - Milton – 2:1
Leeds - Manchester United – 0:3
Nottingham - Newcastle – 3:4
Stoke City - Tottenham – 0:0 (penaltilərlə 7:6)
Wolverhampton – Millwall – 5:0
Blackburn - Leyton Orient – 3:2
Crystal Palace – Middlesbrough – 2:1
21 sentyabr
Brighton - Liverpool - 1:2
Cardiff City – Leicester - 0:0 (penaltilərlə 7:6)
Chelsea - Fulham - 0:0 (penaltilərlə 4:3)
Manchester City – Birmingham - 2:0
Southampton – Preston - 2:1
Everton - West Bromwich - 2:1
