21 sentyabr 2011 03:12
Superliqada növbəti baş məşqçi istefası
Türkiyə Superliqasının 3-cü turu çərçivəsində öz meydanında "Kayserispor"a 1:2 hesabı ilə məğlub olan "Gaziantespor"un baş məşqçisi Tolunay Kafkas istefa verdiyini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında komanda ilə yollarını ayıracağını bildirib:
"Deyəcək bir sözüm yoxdu. Hər şey göz qabağındadı. Sabah (bu gün) klub prezidenti ilə görüşəcəyəm və böyük ehtimalla komandadan gedəcəyəm. Bu mənim şəxsi qərarımdı. Belə etməyim daha doğru olar. Çünki yeni gələcək məşqçiyə də vaxt vermək lazımdı. Ona görə də getməyim daha uyğun olar. Bütün günahı özümdə axtarıram. İddialı bir məşqçiyəm. Ancaq iddia olmayan yerdə də qalmaram. Bu günə qədər məni dəstəkləyən hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, "Gaziantespor" yeni mövsümdə keçirdiyi 3 oyunun hamısında məğlub olub.
