21 sentyabr 2011 15:22
Böyükağa Hacıyev: XL ilə Superkubok oyunundan çəkinmirik
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində komandasının “Qəbələ” ilə son oyunundan, qarşıdan gələn “Bakı” ilə paytaxt derbisindən, eləcə də Azərbaycan Superkubokundan danışıb.
- İki oyunluq məğlubiyyət seriyasının ardından nəhayət ki, “Qəbələ”yə qalib gələ bildiniz...
- “Neftçi” yaxşı oynadı. Biz göstərdik ki, qol vura bilirik. Amma baxımlı oyun alınmadı. Mən bunda daha çox rəqibi günahlandırıram. “Qəbələ”nin bizə təklif etdiyi oyunu baxımlı hesab etmirəm. Aydın məsələdi ki, onlar İngiltərə futboluna oxşar oyun sərgiləməyə çalışırlar. Komandamın ikinci hissədə göstərdiyi oyundan xoşum gəldi. Rəşad Abdullayev ən yaxşılardan biri idi. Araz Abdullayev də qol vurdu. Biz 3 xala layiq idik. Amma çatışmazlıqların qaldığını da gizlətmirəm.
- Bahodir Nasimovun çıxışından yaman narazısız...
- Biz ondan hər oyunda qol gözləyirik. Amma onu daim təzyiq altında saxlamaq da lazım deyil. Hər kəsdə belə hallar olur. İnanıram ki, Nasimov ümidləri doğruldacaq. Fərid Quliyev də gündən-günə artırır. Hazır olanda, onu da meydana buraxacam.
- Qarşıdakı turda sizi “Bakı” ilə derbi oyunu gözləyir. Keçmiş klubunuzla oyun öncəsi xüsusi hisslər varmı?
- Bu, mənim üçün adi bir matçdı. Əlbəttə, biz bu oyuna xüsusi hazırlaşacağıq. Axı paytaxt derbisidi. “Bakı”nın yaxşı heyəti var. Onlar hər mövsüm çempionluğa oynayırlar.
- Bu, mənim üçün adi bir matçdı. Əlbəttə, biz bu oyuna xüsusi hazırlaşacağıq. Axı paytaxt derbisidi. “Bakı”nın yaxşı heyəti var. Onlar hər mövsüm çempionluğa oynayırlar.
- “Bakı”nın oyunu barədə nə deyərdiz?
- Hələ rəqibimizin son oyunlarını analiz etməmişəm. Onların son 3 oyununa baxmağı planlaşdırıram. Düzdü, vaxtilə bu komandada çalışmışam. Amma bu, o demək deyil ki, “Bakı”nı yaxşı tanıyıram.
- Hələ rəqibimizin son oyunlarını analiz etməmişəm. Onların son 3 oyununa baxmağı planlaşdırıram. Düzdü, vaxtilə bu komandada çalışmışam. Amma bu, o demək deyil ki, “Bakı”nı yaxşı tanıyıram.
- Yeri gəlmişkən, “Bakı” penalti vurmaqla bağlı ciddi sindrom yaşayır...
- Qoy bizimlə oyunda heç penalti olmasın. Bizdə bəxt yoxdu. İnanın ki, hakim qapımıza penalti təyin etsə, “Bakı”nın o sindromuna mütləq son qoyulacaq. Mənim o vaxtkı heyətimdən indi “Bakı”da ancaq Xalidu Sissoko ilə Cəmşid Məhərrəmov qalır. Özü də Cəmşidi ora mən gətirmişdim.
- PFL “Neftçi” ilə “Xəzər Lənkəran” arasında Superkubok oyunu keçirmək istəyir. Siz oynamağa razısız?
- Biz bunun əleyhinə deyilik. Amma elə vaxt tapmaq lazımdı ki, heç bir komandaya əlavə problem yaratmasın. Nə vaxt oynayacağımız maraqlıdı. Hər halda biz tərəfdən problem yoxdu. “Xəzər Lənkəran”la görüşməkdən çəkinmirik. Hətta qarşılaşma onların meydanında keçirilsə də.