21 sentyabr 2011 15:53
İnter baş məşqçisini qovdu
İtaliyanın “İnter” klubu baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, A Seriyasına heç də yaxşı başlamayan, UEFA Çempionlar Liqasındakı ilk oyununda evdə Türkiyə “Trabzsonspor”una uduzan Milan klubunun rəhbərliyi bu gün baş məşqçi Can Pyer Qasperinini postundan uzaqlaşdırıb.
Buna, ötən gecə keçirilən A Seriyasının 4-cü turunun “Novara” ilə səfər matçındakı 1:3 hesablı yenilgi səbəb olub. Yeni mövsümdə qələbə üzünə həsrət komandanın autsayderə də uduzması klubun prezidenti Massimo Morattinin səbr kasasını daşırıb.
Qeyd edək ki, Qasperini baş məşqçi postuna bu yay gətirilmişdi. Hələlik onu kimin əvəzləyəcəyi dəqiq bilinməsə də, əsas namizədlər Klaudio Ranyeri və Delio Rossidi.
