21 sentyabr 2011 16:02
Əfran İsmayılov: Elnur Allahverdiyev Avstriyaya kömək etdi
“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov komandanın aparıcı hücumçusu Rauf Əliyevin Premyer Liqanın son turunun “Xəzər Lənkəran”la oyununda zədələnməsinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Elnur Raufu zədələməklə səviyyəsini göstərdi. Yaxşı ki, o, cəmi ay yarımlığa sıradan çıxdı, daha mənim ötən mövsümkü aqibətimlə üzləşmədi. Elnur heç olmasa onu düşünmədi ki, bu, onun da çıxış etdiyi yığmanın hücumçusudu. Özü də son dövrlər Rauf Azərbaycan millisinin heyətində vacib qollar vururd. Mən demirəm, Allahverdiyev sərt oynamamalıdı. Amma onun hərəkəti kobudluq yox, heç özüm də bilmirəm nədi. Sanki bunu qəsdən etdi. Sən topu almaq üçün kobud oynayırsan, vurub qarşındakının qıçını sındırırsan. Ayrı şeylərdi. Fakt, Elnur bu hərəkəti ilə Avstriyaya kömək etdi. Bu, mənim fikrimdi”.