21 sentyabr 2011 16:35
Aftandil Hacıyev: Pulumuz verilməsə, Rəvanla oyuna çıxmayacağıq
“Turan”ın kapitanı Aftandil Hacıyev bölgə klubunda yaranan hazırkı acınacaqlı durumla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 3 aydı maaşlarını ala bilməmələrinə dair bunları dilə gətirib:
“Bizə altıncı turun “Bakı” ilə oyunu öncəsi maaşlarımızı alacağımıza dair söz verilmişdi. Amma hələ də heç nə almamışıq. Dünən məşq etməmişik. Əgər bu gün də ala bilməsək, yenə məşq etməyəcəyik. Vəziyyət belə davam etsə, növbəti turun “Rəvan”la oyununa çıxmayacağıq. Onsuz da məşq etmədən bu oyuna çıxmağın mənası da yoxdu. Rəhbərlik bizə konkret heç nə demir. Amma bizim də fikrimiz qətidi. Nə vaxta kimi maaşımız verilməyəcək, biz də məşqə və oyuna çıxmayacağıq”.