21 sentyabr 2011 17:09

“Avstriya və Türkiyə ilə oyunlarda daha 4 xal qazana bilərik”

“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov azerisport.az saytına müsahibəsində “Xəzər Lənkəran”la oyundan, qarşıdan gələn AZAL-la qarşılaşmadan və milli komandadan danışıb.
 
- AZAL-la oyunun hazırlıqları necə gedir?
- Hazırlıqlara başlamışıq. Təəssüf ki, son dövrlər uğursuz seriya yaxalamışıq. Amma biz bunu unudaraq qarşıdakı oyunlarda qələbəyə köklənməyə çalışırıq. AZAL-la matçda 3 xal qazanmaq çox vacibdi.
 
- “Təyyarəçilər” də sabit oyun sərgiləmirlər...
- AZAL təcrübəli komandadı. Hər matçda qələbəyə oynayırlar. Bizi çox maraqlı oyun gözləyir. Çünki AZAL-ın stadionu baxımlı futbol sərgiləməyə şərait yaradır. Biz də top saxlamağı, qısa ötürmələrlə oynamağı xoşlayırıq ki, bu mənada stadion işimizə çox yarayacaq.
 
- Rəqibin heyəti ötən mövsümlə müqayisədə bir qədər yenilənib. Sizcə, kim daha təhlükəlidi?
- Kimisə ayrıca qeyd etmək çətindi. AZAL adətən komanda oyunu sərgiləyir. Əks-hücumlarda çox təhlükəlidilər. Rəqibi bütün oyun boyu diqqətdə saxlamalıyıq.
 
- “Qarabağ”ın son oyunlardakı uğursuzluğunun səbəbini nədə görürsüz?
- Mən özüm də başa düşmürəm ki, niyə hər şey belə alınır. Kifayət qədər qol vəziyyəti də yaradırıq, amma nəticəsi yoxdu. Hər oyundan sonra səhvlərimizi analiz edirik, onları anadan qaldırmağa çalışırıq. Nə etmək olar? Bu, oyundu. Hərdən qol vurmaq asan, hərdən də çətin olur. Ötən mövsümdə də belə çətinliklərimiz olmuşdu. Amma hələ mövsüm yeni başlayıb. Qarşıda hələ çox oyunlarımız var. Fikrimcə, qələbə qazansaq, hər şey geridə qalacaq.
 
- Son turda Rauf Əliyevin zədələnməsi işinizi daha da çətinləşdirməyəcək?
- Bu, çox yersiz biz zədə oldu. Əlbəttə, futbolda zədələr qaçılmazdı. Amma adamı yandıran odu ki, bu zədə qəsdən yaradıldı. Oyunun əvvəlində o, mənim də ayağıma elə zərbə endirdi. Halbuki, mənim zədədən yeni qayıtdığımı bilir. Sonra da Raufu zədələməklə səviyyəsini göstərdi. Yaxşı ki, hələ o, cəmi ay yarımlığa sıradan çıxdı, daha mənim ötən mövsümkü aqibətimlə üzləşmədi. Elnur heç olmasa onu düşünmədi ki, bu, onun da çıxış etdiyi yığmanın hücumçusudu. Özü də son dövrlər Rauf Azərbaycan millisinin heyətində vacib qollar vururd. Mən demirəm, Allahverdiyev sərt oynamamalıdı. Amma onun hərəkəti kobudluq yox, heç özüm də bilmirəm nədi. Sanki bunu qəsdən etdi. Sən topu almaq üçün kobud oynayırsan, vurub qarşındakının qıçını sındırırsan. Ayrı şeylərdi. Fakt, Elnur bu hərəkəti ilə Avstriyaya kömək etdi. Bu, mənim fikrimdi.
 
- Yəni Elnurun hərəkətinin qəsdən olduğunu deyirsiz?
- İstənilən halda, bu, ayağa zərbə idi, topa yox. Elnur başa düşmür ki, futbolçu belə şey etməməlidi. O da, mən də, başqa oyunçular da hamımız futboldan qazanırıq. Elnur da uşaq deyil, bütün bunları başa düşməlidi. Amma o, qəsdən həmkarının ayağına zərbə endirir. Hamı gördü ki, bu, onun tərəfindən edilən düzgün olmayan bir hərəkət idi.
 
- AFFA İK onu cəmi 1 oyunluq cəzalandırdı. Bununla razısız?
- Mənim onunla işim yoxdu. Assosiasiya nə qərar çıxarır, bunun mənə aidiyyatı yoxdu.

- Ümumiyyətlə, “Xəzər Lənkəran”la oyunu necə dəyərləndirirsiz?
- Bütün oyun boyu üstünlük tərəfimizdə idi. Çoxlu qol vəziyyətlərindən yararlana bilmədik. Meydança da yaxşı olmadığından, istədiyimiz futbolu sərgiləməkdə çətinlik çəkirdik. Rəqib isə uzaqdan qapıya zərbə vurdu, o da qol oldu. Belə oyunlar da olur. Hərdən bütün oyunu hücum edirsən, rəqib isə cəmi bir qol vəziyyəti yaradır, ondan da istifadə edir.
 
- Yığmamız bu gün açıqlanan FİFA-nın reytinq siyahısında 14 pillə irəlilədi. Buna münasibətiniz maraqlı olardı...
- Biz bununla kifayətlənə bilmərik. Daha da çox irəliləməyə çalışmalıyıq. Qarşıda yığmanı Avstriya və Türkiyə ilə oyunlar gözləyir. Fikrimcə, bu oyunlarda 4 xal qazana bilərik. Ermənistanın 44-cü pillədə getməsini çoxları danışsa da, mən öz qrupumuzu onlarınkı ilə müqayisə etmək istəməzdim. Hər halda ordakı komandalara da baxın, bizim də rəqiblərimizə. Əlbəttə, onların yaxşı yığması ola bilər. Amma biz də 10 xaldan artığını toplaya bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.