21 sentyabr 2011 17:18

“Galatasarayı Qəbələyə dəyişdiyimə görə təəssüflənməmişəm”

Qəbələ Futbol Akademiyasında 15-dək məşqçi çalışır. Azerisport.az xəbər verir ki, onların arasında elələri var ki, azyaşlı futbolçuların yetişdirilməsi ilə paralel olaraq, yerli məşqçilərin formalaşmasında da böyük rol oynayırlar. Belə mütəxəssislərdən biri də ömrünün 18 ilini uşaq futboluna həsr etmiş türkiyəli məşqçi Recep Yazıçıdı. O, “Qəbələ FK”ya müsahibəsində yeni mövsüm ərəfəsində komandaların son vəziyyəti, seçimlər və çempionatda gözlənilən yeniliklər barəsində danışıb.
 
Akademiyada ən kiçik yaş qruplarına rəhbərlik edən Recep Yazıçı əvvəlcə akademiyada təlim görən futbolçuların durumundan razı olduqlarını deyir: “Altı (U-9, U-10, U-11, U-12, U-13 və U-14) yaş qrupu üzrə  komandalara ümumi rəhbərliyi mən həyata keçirirəm. Ötən il “Qəbələ”nin U-13 və U-14 komandaları Azərbaycan çempionu oldular, beynəlxalq turnirlərdə yaxşı oyun nümayiş etdirdilər. Odur ki, həmin yaş qruplarının hazırlığından razıyıq. Yeni mövsüm ərəfəsində akademiyaya götürdüyümüz futbolçularla ötənilki nəticələri bir qədər yaxşılaşdırmaq niyyətindəyik. Mövsümdə yeniliklər də olacaq. Bu il ilk dəfə U-11 komandası yaradılıb. Akademiyaya son dəfə futbolçu seçərkən bu amili də nəzərə almışıq. U-13 komandasının heyəti yenidən qurulub. Ötən il həmin komandada oynayan uşaqları daha böyük yaş qrupuna keçirmişik”.
 
Türkiyəli mütəxəssis gələn ay başlanması nəzərdə tutulan ölkə birinciliklərindən və liqalarda Qəbələni təmsil edəcək komandalarla bağlı yeniliklərin olacağını da söyləyib: “9 və 10 yaşlı futbolçuları çıxmaq şərtilə qalan yaş qrupları üzrə komandalarımız liqalarda mübarizə aparacaq. Bu il çempionatla bağlı bir yeniliyimiz də var: futbolçularımız ötən il olduğu kimi yaşıdları ilə deyil, bir yaş böyüklərlə oynayacaqlar. Məqsəd futbolçulara daha yaxşı təlim vermək, onların hazırlığını yüksək həddə çatdırmaqdır. Buna görə də komandaların ölkə birinciliklərindəki nəticələri bizim üçün xüsusi önəm daşımayacaq”. 
 
O, Qəbələ Futbol Akademiyasınin ötən yay həyata keçirdiyi növbəti seçimlərinə də toxunub. Məlum oldu ki, budəfəki seçimlərdə də akademiyaya xeyli sayda istedadlı uşaq cəlb edilib: “Builki seçimlərdə çox istedadlı futbolçuları üzə çıxardıq. 40-a yaxın yeni futbolçu transfer etdik. Bu dəfə seçimlərdə kiçikyaşlılar üzərində xüsusi dayandıq. Təsəvvür edin, 1998-ci il təvəllüdlü, vur-tut, 2 futbolçu götürdük. Akademiyaya cəlb etdiyimiz uşaqların əksəriyyəti 1999, 2000 və 2001-ci il təvəllüdlüdür. Əminəm ki, seçdiyimiz oyunçular gələcəkdə Azərbaycan futboluna, “Qəbələ” klubuna böyük fayda verəcəklər”. 
 
Məlum olduğu kimi, avqust ayının sonlarından etibarən akademiya komandaları yeni mövsümün hazırlığına başlayıblar. Komandaların potensialını dəyərləndirən Recep Yazıçı sərəncamında olan futbolçuları “xəzinə” kimi dəyərləndirib: “Azərbaycan futbolu üçün faydalı olacaq oyunçuların təməlini burda qoyuruq. Sizinlə danışmazdan əvvəl 1999 və 2000-ci il təvəllüdlü futbolçuların məşqində oldum. İnanın, nə deyəcəyimi bilmirəm, sevincimin həddi-hüdudu yoxdur. Çəkdiyimiz zəhmətin bəhrəsini, gələcək üçün yetişməkdə olan futbolçuların inkişafını görüncə, bir məşqçi və türk olaraq, fəxarət hissi keçirirəm. Əlimizin altında böyük bir xəzinə var. Məqsədimiz bu xəzinəyə ən yüksək şəkildə təlim keçib, onları 17-18 yaşlarında peşəkar komandada oynamaq həddinə çatdırmaqdır. Bu, bizim üçün çətin deyil, amma məqsədə doğru səbrlə, tədricən, addım-addım irəliləmək lazımdır. Çünki futbolçuların fiziki, texniki və taktiki hazırlıq səviyyəsi onların yaş dövrünə və orqanizmin inkişaf tempinə uyğun olmalıdı”.
 
Recep Yazıçı Qəbələ Futbol Akademiyasının binası və stadionunun tikintisinə başlandığını sevinc hissi ilə qeyd edərək bunu klub rəhbərliyinin uşaq futboluna yönələn diqqəti və qayğısı kimi dəyərləndirib:“Qəbələ Futbol Akademiyasının yeni binası və stadionu gələn il istifadəyə verilməlidir. Bu imkanı yaratdıqlarına görə, komandanın rəhbərliyinə çox minnətdaram. Lazım olan şərait yaradılmasaydı, biz məşqçilər təcrübəmizi, bilik və bacarığımızı futbolçuların yetişdirilməsinə yönəldə bilməzdik. Biz burada işimizin nəticəsini görmək, yaxşı iz qoymaq istəyirik. Bu istəyimizə çatacağıq, buna heç kimin şübhəsi olmasın”.
 
Yazıçısonda Qəbələyə qədərki məşqçilik fəaliyyətinə də toxunubvə kifayət qədər zəngin məşqçilik həyatı yaşadığını bildirib:“Bir məşqçi kimi həyatım futbolçu karyeramdan daha sanballıdır. Bu işə 1991-ci ildə “Qalatasaray” futbol klubunda başlamışam. İstanbul klubunda ən azyaşlı qrupdan tutmuş əvəzedicilərə qədər, 18 il ərzində bütün komandalarda çalışmışam. Daim gündəmdə olan Arda Turan və Türkiyə millisinin üzvü Səbri Sarıoğlu bizim yetirməmizdi. Hazırda Türkiyə Superliqası və Bank Asiya İ liqasında top qovan 60-a yaxın oyunçunu futbola biz vermişik. Onların ərsəyə gəlməsində Əli Yavaş və Halim Fıçıcı kimi insanların da əməyi vardır.
Mən özüm Qrem Sunes, Fatih Terim, Mirce Luçesku, George Hagı, Erik Gerets kimi tanınmış məşqçilərlə birgə çalışmışam. Onların arasında ən önəm verdiyim Fatih Terimdir. 6 il bu məşqçi ilə çiyin-çiyinə işləmişik. Fatih Terimin bir özəlliyi vardı. O, ara-sıra məni və Halim Fıçıcını çağırıb “Qalatasaray”a məşq keçməyi  tapşırırdı. Bu yolla o, bizim təcrübə qazanmağımıza imkan yaradırdı.
Belə zəngin karyeramın olmasına baxmayaraq, İstanbuldan ayrılıb Azərbaycana, Qəbələyə gəldiyimə görə heç vaxt təəssüflənməmişəm. Burada bütün bilik və bacarığımı, təcrübəmi yeniyetmələrlə və azərbaycanlı məşqçilərlə paylaşmaqdan məmnunam. Burada təməlini qoyduğumuz işlərin bizdən sonra da davam etməsini istəyirik. Azərbaycan futbolunda, “Qəbələ” klubunda inkişaf göz qabağındadı. Biz də səylə çalışaraq bu inkişafa öz töhfəmizi verməkdən məmnunuq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.