21 sentyabr 2011 18:07

Futbol Mundial Toni Adamsla Qəbələdən danışacaq

“Qəbələ” Futbol Klubunun və ölkə futbolunun beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətində önəmli addım atılıb. Azerisport.az xəbər verir ki, “İMG Sports Media” və FİFA-nın birgə layihəsi olan “FİFA Futbol Mundial” telejurnalının “Qəbələ”yə və baş məşqçi Toni Adamsa marağı telejurnalın əməkdaşlarını Azərbaycana gətirib.
 
Sentyabrın 14-də ölkəmizə gələn telejurnalın əməkdaşları səhəri gün Qəbələdə olublar. Onlar komandanın baş meneceri Zaur Əzizov və baş məşqçi Toni Adamsla görüşərək, ondan müsahibə götürüblər və “Qəbələ”nin məşq prosesini lentə alıblar. Futbol üzrə növbəti dünya çempionatının Braziliyada keçiriləcəyini nəzərə alan telelejurnal “Qəbələ”də oynayan braziliyalı futbolçulardan da müsahibələr hazırlayıb.
 
“FİFA Futbol Mundial”ın müxbiri Riçard Milvey  Qəbələdə gördüklərinə heyran olduğunu açıqlayıb: “Azərbaycana səfər edənə kimi ölkəniz haqda elə də məlumatlı deyildim. Xəbərim var idi ki, Azərbaycanda futbola böyük maraq var və futbol günbəgün inkişaf edir. “Qəbələ”yə səfərim zamanı buna bir daha əmin oldum. “Qəbələ”nin çox gözəl meydançaları və bazası var. Xüsusən təbii örtüklü meydançalar məni heyran qoydu. İngiltərədə belə meydançalarda “Çelsi”, “Arsenal”, “Mançester Yunayted” kimi komandalar məşq edirlər”.
 
Riçard Milvey niyə məhz “Qəbələ”ni seçdiklərinə də aydınlıq gətirib: “Bildiyiniz kimi Toni Adams dünyada və xüsusilə  vətəni İngiltərədə çox məşhurdur və çox sevilir. Bütün futbolsevərlər üçün onun harada işlədiyi, hansı klubu çalışdırdığı maraqlıdır. Biz də məhz buna görə “Qəbələ”ni seçdik. Əminəm ki, seçimimizdə yanılmamışıq. Klub rəhbərliyinə bizə yaratdığı şəraitə və köməkliyə görə təşəkkür edirəm”.
 
Xatırladaq ki, ilk dəfə 1994-cü ildə şou proqram kimi ekrana çıxan veriliş 2005-ci ildən FİFA ilə əməkdaşlığa başlayıb və hazırda teleməkanda “FİFA Futbol Mundial” adı ilə yayınlanır.  Xronometrajı 26 dəqiqə olan telejurnalın əməkdaşları 14 ildir dünyanı gəzib-dolaşır, tamaşaçılara istedadlı oyunçulardan və futbol ulduzlarının həyatından danışır, yaxın keçmışın futbol qəhrəmanlarından maraqlı materiallar təqdim edir. Bu səbəbdən  “FIFA Futbol Mundial” dünya futbolu haqqında daha çox bilmək istəyən azarkeşlərin ən sevimli verilişləri sırasındadır. 
Proqramın əməkdaşları indiyədək Peru, Uruqvay, Kolumbiya, Ruanda, Qətər, Tailand, Ukrayna, Serbiya, İslandiya, Nigeriya, Çin, Yaponiya da daxil olmaqla, Braziliya, Argentina, ABŞ, Almaniya, İngiltərə, İspaniya və Fransa kimi futbol ölkələrindən verilişlər hazırlayıblar. “FIFA Futbol Mundial” proqramı müxtəlif dillərə tərcümə olunaraq həftədə bir dəfə dünya telekanallarında yayımlanır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.