21 sentyabr 2011 18:10

Turan dağıla, Premyer Liqa 11 klubla oynanıla bilər

Futbol üzrə Azərbaycan Premyer Liqası cari mövsümü 11 klubla davam etdirə bilər. Azerisport.az xəbər verir ki, hazırda ciddi maliyyə problemləri ilə üz-üzə olan “Turan”ın çempionatı tərk etməsi təhlükəsi yaranıb.
 
Səbəb isə artıq məlumdu: klub rəhbərliyi futbolçulara verməyə pul tapa bilmir. Qeyd edək ki, Tovuz klubunda maliyyə problemlərinin mövcudluğu hələ mövsümün əvvəlindən məlum idi. Lakin son anda klub prezidenti Musa Süleymanov problemi yoluna qoyduğunu bildirərək, çempionata start qərarı vermişdi. Nəticədə baş məşqçi postuna Əsgər Abdullayev gətirildi, yaxşı komanda quruldu. Hansı ki, məhz bu komanda “Kəpəz” və “Simurq”la oyunlarda qələbə qazandı.
 
Lakin 5-ci turun “Qəbələ” ilə oyunu ərəfəsində bu klubda maliyyə problemlərinin olduğuna dair söhbətlər yayılmağa başladı. Həmin dövrdən bəri klub rəhbərliyini oyuna çıxmamaqla hədələyən futbolçular “Qəbələ” və “Bakı” ilə görüşləri yola versələr də, hər ikisində məğlub oldular. Amma deyəsən, bu gedişlə növbəti turun “Rəvan”la görüşü həqiqətən baş tutmayacaq. Hər halda atalar üçdən deyiblər məsəli burda yerinə düşür.
 
Çünki futbolçular dünəndən etibarən məşqə çıxmaqdan da imtina edirlər. Onlar pullarını alana kimi bu etirazlarının davam edəcəyini bildirirlər. Süleymanov isə klubun maliyyə problemini yoluna qoya bilmir ki, bilmir. Məşq etməyən futbolçuların “Rəvan”la oyuna çıxmasının isə inandırıcı olmadığı aydın məsələdi. Hətta pullarını alsalar da, güman ki, 7-ci turun həmin görüşü baş tutmayacaq.
 
Daha qorxulusu isə, “Turan”ın ümumiyyətlə dağılması variantıdı. Çünki problemin həlli yolu da görünmür. Belə olan halda klubu ilk növbədə legionerlər tərk edəcəklər. Hansı ki, Ukrayna, Gürcüstan, Braziliya, Bolqarıstan, Almaniya və Monteneqrodan 9 əcnəbi futbolçu hazırda rəhbərlikdən müsbət qərar gözləyir.
 
Hazırda “Turan”ın Premyer Liqada qalıb-qalmayacağı bəlli deyil. Əgər komanda qarşıdakı iki oyuna çıxmasa, texniki məğlubiyyət alacaq və nəticədə avtomatik olaraq çempionatdan kənarlaşdırılacaq. Belə olan halda daha çox “İnter”, “Xəzər Lənkəran”, “Qəbələ” və “Bakı” itirəcək Hansı ki, tovuzlularla oyunlarda qazandıqları 3 xaldan məhrum olacaqlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.