21 sentyabr 2011 18:21
Vaqif Qasımovdan AZAL futbolçularına qadağa!
AZAL rəhbərliyi futbolçulara mətbuatla ünsiyyət qurmağı qadağan edib. Azerisport.az xəbər verir ki, bu qərarı şəxsən klubun prezidenti Vaqif Qasımov özü qoyub.
O, Premyer Liqanın 7-ci turunun “Qarabağ”la oyununa kimi futbolçuların mətbuata müsahibə verməsini qadağan edib. Buna səbəb isə komandanın yeni mövsümdə qeyri-sabit çıxışıdı. Bununla klub rəhbərliyi komanda üzvlərinin sözügedən oyuna daha yaxşı hazırlaşmasına nail olmaq istəyir.
Qeyd edək ki, altı turdan sonra Elxan Abdullayevin yetirmələri 8 xalla yeddinci pillədə qərarlaşıblar.
