21 sentyabr 2011 11:09
AFFA millimizə yeni rəqib tapdı
Azərbaycan milli komandasının daha bir beynəlxalq yoldaşlıq oyunu keçirməsi ilə bağlı AFFA tərəfindən aparılmış danışıqlar müsbət yekunlaşıb. Azerisport.az xəbər verir ki, əldə olunmuş razılığa əsasən, millimiz noyabrın 11-də, Albaniyada bu ölkənin milli komandası ilə yoldaşlıq oyunu keçirəcək.
Xatırladaq ki, Azərbaycan və Albaniya milli komandaları indiyə qədər 4 dəfə qarşılaşıb. 2000-ci il fevralın 8-də, Maltada təşkil olunmuş beynəlxalq turnir çərçivəsində keçirilən oyunda 1:0 hesabı ilə albaniyalı futbolçular qələbə qazanıb. 2002-ci il martın 27-də və 2005-ci il avqustun 17-də Tirana şəhərində Albaniya və Azərbaycan milliləri arasında yoldaşlıq oyunu keçirilib. Bu oyunlar, müvafiq olaraq, 1:0 və 2:1 hesabı ilə meydan sahibi komandanın xeyrinə yekunlaşıb. 2008-ci il noyabrın 19-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan – Albaniya yoldaşlıq oyunu isə heç-heçə nəticələnib – 1:1.
