21 sentyabr 2011 11:14
Deportivonun futbolçusu Azərbaycan yığmasında
Sentyabrın 27-dən oktyabrın 5-dək Latviyanın Riqa şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, oktyabrın 5-dən 12-dək isə yığmamız İsveçdə Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək.
Artıq bu oyunlarda iştirak edəcək futbolçular da müəyyənləşib. Baş məşqçi Vəli Qasımov yığmaya 21 oyunçu dəvət edib. Maraqlıdı ki, onların arasında İspaniyanın “Deportivo” klubunun üzvü də var.
Komandamızın heyətinə dəvət olunmuş futbolçuların tam siyahısı isə belədi:
Emil Balayev – «Sumqayıt Şəhər»
Orxan Sadıqlı – «XəzərLənkəran»
Rəşad Əzizov – «Neftçi»
Samir Yusifov – «Sumqayıt Şəhər»
Hacı Əhmədov – «Sumqayıt Şəhər»
Kərim Diniyev – «Neftçi»
Fuad Bayramov – «İnter»
Xanlar Zamanov – «İnter»
Şamil Qurbanov – «Volqa» (Rusiya)
Elnur İsmayılov – «Daçia» (Moldova)
Amil Yunanov – «Qəbələ»
Tural Qürbətov – «Bakı»
Akif Tağıyev – «Turan»
Murad Ağayev – UGİM-80 (Rusiya)
Ramil Mansurov – «İnter»
Elşən Abdullayev – «Neftçi»
Müşfiq Teymurov – «Qəbələ»
Rəhman Hacıyev – «Bakı»
Nurlan Novruzov – «Bakı»
Rizvan Umarov – «Deportivo Castellon» (İspaniya)
Orxan Əliyev – «Sumqayıt Şəhər»
