22 sentyabr 2011 00:29

Cavadovlu Volqadan sensasiya, Sadıqovdan vida (YENİLƏNİB)

Bu gün Rusiya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, həmyerlilərimizin komandaları da meydana məhz bu gün çıxıb.
 
Belə ki, millimizin sabiq çalışdırıcısı Vaqif Sadıqovlu “Anji” səfərdə Moskva “Dinamo”sunu mübarizədən kənarlaşdırmağa çalışıb. Baş məşqçi Hacı Hacıyev cəzalı olduğundan, Mahaçqala klubunu bu oyuna da Sadıqov çıxarıb. Yeri gəlmişkən, o, hazırda millimizə gəlməsini gözlədiyimiz Aleksandr Səmədova qarşı mübarizə aparıb. Səmədovun 90 dəqiqə mübarizə apardığı görüşdə meydan sahibləri "Anji"yə minimal hesabla qalib gəliblər. Beləcə, Vaqif Sadıqovun komandası kubokdan kənarlaşıb.
 
Vaqif Cavadovlu “Anji” isə səfərdə Moskvanın digər aparıcı klubu “Spartak”la dueldə sensasiyaya imza atmağa çalışıb. Millimizin forvardı Səmədov kimi yolunu gözlədiyimiz digər Azərbaycan əsilli Emin Mahmudova qarşı mübarizə aparıb. Baş məşqçi Vaqifi ilk yarıda ehtiyatda saxlasa da, ikinci hissədə meydana buraxıb.
 
Onun kimi, Emin də oyuna ehtiyat oyunçular skamyasından başlayıb. Baş məşqçi Karpin onu 37-ci dəqiqədə meydana buraxıb. Amma 66-cı dəqiqədə zədələnərək meydançanı tərk etmək məcburiyyətində qalıb.
 
Qarşılaşmaya gəlincə, Vaqifin komandası böyük sensasiyaya imza ataraq, Rusiya kubokunda 1/4 finala yüksəlib. Nijni Novqorod klubunun qələbəsində həmyerlimizin də xüsusi rolu olub.
 
Rusiya kuboku
1/8 final
21 sentyabr
 
Dinamo (Moskva) – Anji - 1:0
Qol: Kokorin, 101.
 
Spartak (Moskva) - Volqa - 1:1 (penaltilərlə 5:6)
Qollar: Makqidi, 6 - Bibilov, 85.
 
Vaqif oyuna fəal qoşulub
62-ci dəqiqədə Vaqifin uzaqdan zərbəsi tirdən qayıdıb
70-ci dəqiqədə rəqib futbolçu onu kobudluqla dayandıra bilir və sarı vərəqə ilə cəzalanır. Cavadovun özünün yerinə yetirdiyi cərimə zərbəsi qapıçıda qalır
76-cı dəqiqədə Vaqifin yerinə yetirdiyi daha bir cərimə zərbəsi uğursuz alınır
107-ci dəqiqədə Cavadova qarşı daha bir rəqib oyunçu kobud oynayır və sarı vərəqə alır
112-ci dəqiqədə Vaqifin cərimə meydançasına asması zamanı qapıçı topu tuta bilmir və mərmi dirəkdən qayıdır
Qarşılaşmanın əlavə vaxtı da heç-heçə bitdiyindən qalibi penaltilər müəyyənləşdirəcək
Penaltilərdə hesab 1:1 olarkən Vaqif komandasının ikinci oyunçusu kimi 11 metrlik nöqtəyə yaxınlaşır və dəqiq oynayır - 1:2
Vaqifin komandası penaltilərlə qələbə qazanaraq 1/4 finala adlayır

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.