21 sentyabr 2011 00:52

Neftçi ünlü Football Mundialın diqqət mərkəzində

Dünyanın ən məşhur televiziya futbol proqramı "Football Mundial"ın çəkiliş qrupu "Neftçi"nin bazasında olub. Azerisport.az xəbər verir ki, beynəlxalq futbol təşkilatı FİFA-nın rəsmi verilişi sayılan "Football Mundial"ın əməkdaşları Azərbaycanın ən köklü komandasına böyük maraq göstərib.
 
"Neftçi"nin prezidenti Sadıq Sadıqov verilişin nümayəndələri - baş direktor  Riçard Milvey və operator Oliver Tomasla görüşüb. Klub rəhbəri dünyanın 100-dən çox ölkəsində yayımlanan veriliş üçün müsahibə verib.
 
Sadıq Sadıqov Azərbaycanda dövlət səviyyəsində idmana göstərilən qayğıdan söhbət açıb, ölkə başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin beynəlxalq olimpiya hərəkatının inkişafındakı xidmətlərinin Beynəlxalq Olimpiya Komitəsinin və ümumdünya idman təşkilatlarının rəhbərləri tərəfindən dəfələrlə yüksək qiymətləndirildiyini xarici qonaqların diqqətinə çatdırıb. Prezident İlham Əliyevin idmanın bütün növləri ilə yanaşı, futbola da xüsusi diqqət və qayğı göstərdiyini qeyd edib. İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın müddəalarının Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi tərəfindən layiqincə yerinə yetirildiyini nəzərə çatdırıb.
 
Sadıq Sadıqov müsahibəsində həmçinin "Neftçi"nin Azərbaycanın ən köklü klubu olduğundan da söhbət açaraq, belə bir kluba rəhbərlik etməyin böyük şərəf olduğunu söyləyib. Klub rəhbəri komandanın qarşısına qoyulan əsas məqsədlərdən birinin UEFA Çempionlar Liqası və Avropa Liqası kimi mötəbər yarışların qrup mərhələsində oynamaq olduğunu deyib, həmçinin Azərbaycan futbolu haqda məlumatlar verib.
 
Qeyd edək ki, artıq bir neçə gündür Azərbaycanda səfərdə olan "Football Mundial"ın əməkdaşları "Neftçi" - "Qəbələ" oyunundan, eləcə də bir müddət əvvəl İngiltərənin "Everton" klubu ilə müqavilə bağlamış Araz Abdullayevin şəxsi həyatı, futbolçu karyerasından və komandamızın bazada baş tutmuş məşq prosesindən reportaj hazırlayıb. Klub prezidentinin müsahibəsi və reportajlar "Football Mundial"ın yaxın gələcəkdə efirə gedəcək buraxılışlarında futbol həvəskarlarına təqdim olunacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.