21 sentyabr 2011 00:48
Kazbek Tuayev: Onlar mənim sevimli klublarımdı
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev azerisport.az saytının suallarını cavablandırıb.
- Çempionatın startını necə dəyərləndirərdiz?
- Qeyd olunası xüsusi heç nə yoxdu. Proqnozlaşdırılan nəticələrdi. Hər şey yenicə başlayıb. “Bakı” və “Qəbələ” gözlədiyim kimi, ötən mövsümkündən daha yaxşı çıxış edir. Məni “Qarabağ”ın çıxışı narahat edir. Onlar hələ avrokuboklardan sonra özlərinə gəlməyiblər. Amma inanıram ki, onlar da tezliklə özlərinə gələcəklər.

- “Bakı”nın bu mövsüm ciddi penalti vurmaq problemi haqda nə düşünürsüz?
- Burda ciddi heç nə yoxdu. Futbol elə şeydi ki, hərdən gözlənilmədən qol vurmaq olur. Amma bəzən də yüz faizli vəziyyətləri qola çevirmək mümkünsüz olur. Hər şey normaldı.

- Bu mövsüm kimdən çempionluq gözləyirsiz?
- “Neftçi”ylə “Qarabağ”dan. Onlar mənim sevimli klublarımdı. Qoy onlardan biri Azərbaycanın ən yaxşısı olsun.

- AÇ-2012-nin seçmə mərhələsində 7 xal uğurdu?
- Məni daha çox sevindirən həmin xallar olmadı. Çünki onlar bizə heç bir fayda gətirməyəcək. Məni sevindirən o oldu ki, biz nəhayət özümüzü göstərə bildik. Yığmada perspektiv var. Bizim qrupumuz Ermənistanın qrupu qədər asan deyil. Amma hər şeyə rəğmən, biz pis çıxış etmədiyimizi göstərdik. Bu, DÇ-2014 ərəfəsində də yaxşı amil kimi dəyərləndirilə bilər. Orda isə daha yaxşı çıxış etməyə çalışmalıyıq.

- Deməli, Berti Foqtsla müqaviləni davam etdirməyə dəyər?
- Bu sual mənə verilməməlidi. Əgər AFFA rəhbərliyi hesab edirsə ki, onu saxlamaq lazımdı, qoy saxlasınlar. Ümid edirəm ki, düzgün seçim edəcəklər. Onların istənilən qərarı ilə razıyam.

- Qarşıdakı Avstriya və Türkiyə ilə oyunlardan nə gözləyirsiz?
- Əgər Türkiyə almanlara uduzsa, bizə çox çətin olacaq. Hiddink mütləq bizi məğlub etməyə çalışacaq. Ən azı postunda qalmaq üçün. Odu ki, biz Avstriyanı məğlub etmək haqda düşünməliyik. Rəqib düşərgədə başıpozuqluqdu. Bundan istifadə etmək lazımdı.

- Son dövrlər Emin Mahmudovla Aleksandr Səmədovun Azərbaycan yığmasına çağırılması ideyası yenidən gündəmdədi...
- Əgər DÇ-2014-də uğurlu çıxış etməyi arzulayırıqsa, belə futbolçularla güclənmək lazımdı. Onlar bizə növbəti tsiklə çox kömək edə bilərlər. Rusiya ilə oyuna gəlincə, onların jurnalistləri ilə son söhbətimdə də bilrdim ki, ötən dəfə bizi heç-heçə qane edirdisə, bu dəfə mütləq qələbə qazanmağa çalışacağıq.
- Sizcə, yığmada oynamaq üçün alışıb-yanmayan futbolçulara dəvət göndərməyə dəyirmi?
- İndi həyat belədi. Mənə nəticə lazımdısa, bunun üçün münasib nə varsa, istifadə etməliyəm. Biz “Anji”dən pisik? Bizdə pul yoxdu, nədi? Verin o pulu Mahmudova, Səmədova, Braziliyadakı dünya çempionatına getmək uğrunda mübarizə apara biləcək komanda yaradın.