22 sentyabr 2011 13:07
“Superkubokun mövsümün ortasında keçirilməsinin nə mənası var”?
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov Azərbaycan Superkubokunun keçirilməsi iddiasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Superkubok uğrunda oyunun keçirilməsindən çox danışılır. Amma mövsümün əvvəlində bunun vaxtını heç cür müəyyənləşdirə bilmədilər. İndi də çempionat başlayıb. Artıq altı tur arxada qalıb. Superkubokun mövsümün ortasında keçirilməsinin nə mənası var? Fikrimcə, yoxdu. Amma istənilən halda, matç təyin olunsa, biz oynamağa hazırıq”.