22 sentyabr 2011 13:23
Cavadov Mahmudovu belə məyus etdi (FOTOREPORTAJ)
Azerisport.az sizi Rusiya kubokunun 1/8 final mərhələsinin “Spartak” (Moskva) – Volqa” matçından hazırlanan fotoreportajla tanış edir. Qeyd edək ki, qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 başa çatdığından, qalib penaltilərlə müəyyənləşib – 6:7. Millimizin forvardı Vaqif Cavadov 46-cı dəqiqədə meydana çıxdığı oyunun qalan dəqiqələrində fəal oyun nümayiş etdirməklə yanaşı oyun sonrası penaltilər seriyasında dəqiq zərbə vurmaqla komandasının sensasion qələbəsində xüsusi pay sahibi olub. Bu görüşdə meydan sahiblərinin heyətində digər həmyerlimiz Emin Mahmudov da çıxış edib.
