22 sentyabr 2011 13:32
Rauf Əliyev müalicə üçün Türkiyəyə yollandı
Premyer Liqanın son turunun “Xəzər Lənkəran”la oyununda zədələnən “Qarabağ”ın forvardı Rauf Əliyev müalicəsini davam etdirir. Azerisport.az xəbər verir ki, millimizin forvardı bu gün Türkiyəyə yola düşüb.
O, bu ölkədə təcrübəli həkimlərin nəzarətində müalicə olunacaq. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun verdiyi məlumata görə, onun gözləniləndən də tez sağalması mümkündü. Lakin hətta sağalsa da belə, Əliyevin qarşıdan gələn AÇ-2012-nin seçmə mərhələsinin Avstriya və Türkiyə ilə oyunlarında iştirakı mümkün olmayacaq:
“Problem yalnız zədə ilə bağlı deyil. Məsələ burasındadı ki, futbolçu zədələndiyi halda məşq edə bilmir və formasını itirir. Raufun da bu oyunlara hazır olması çətin məsələdi”.
“Problem yalnız zədə ilə bağlı deyil. Məsələ burasındadı ki, futbolçu zədələndiyi halda məşq edə bilmir və formasını itirir. Raufun da bu oyunlara hazır olması çətin məsələdi”.
