22 sentyabr 2011 13:43
Berti Foqtsun Bakıya qayıdacağı tarix bəlli oldu
Futbol üzrə yığma komandamızın baş məşqçisi Berti Foqts Bakıya qayıdır. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis sentyabrın 28-də Azərbaycan paytaxtında olacaq.
Qeyd edək ki, Berti Foqtslu yığmanı qarşıda AÇ-2012-nin seçmə mərhələsinin Avstriya və Türkiyə ilə oyunları gözləyir. Almaniyalı mütəxəssis komandamızı bu görüşlər öncəsi təlim-məşq toplanışına yığmalıdı. Bundan əlavə o, sentyabrın 30-da baş tutacaq Premyer Liqanın 8-vi turunun oyunlarına da baxmalıdı.
Sona onu da bildirək ki, Avstriya ilə oyun oktyabrın 7-də Bakıda, Türkiyə ilə qarşılaşma isə ayın 11-də səfərdə keçiriləcək.
