22 sentyabr 2011 14:04

Berti Foqts: Güman ki, AFFA ilə müqaviləni yeniləməyəcəm

AÇ-2012-nin seçmə mərhələsinin qarşıdan gələn Avstriya və Türkiyə ilə oyunları öncəsi yığmamızın baş məşqçisi Berti Foqts komandadakı gələcək taleyi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, ölkəsindən olan jurnalistlərə açıqlamasında maraqlı fikirlər səsləndirib.
 
Azərbaycan futbolundakı və yığmasındakı inkişafdan danışan Foqts bildirib ki, bütün bunlar elə də asan deyil: “Həqiqətən futbolda kompleks inkişafa nail olmaq çox çətindi. Bu ölkənin futbolçuları beynəlxalq səviyyəli oyunçulardan geri qalırlar. Klublarda məşqlər heç də peşəkar səviyyədə keçirilmir. Hərdən turlar arası futbolçulara istirahət verilir”.
 
Foqts azərbaycanlı futbolçuların legioner həyatı yaşamaqda maraqlı olmamasını da əsas problemlərdən sayır: “Təəssüf ki, bu da böyük problemdi. Sadəcə, Azərbaycanda yerli futbolçular əcnəbilərdən çox qazanırlar. Buna görə də heç kim iş yerini dəyişməkdə maraqlı olmur. Mən çalışıram ona nail olum ki, hər futbolçu layiq olduğu pulu alsın”.

Almaniyalı mütəxəssis onun komandasını gözləyən qarşıdakı oyunlardan da danışıb: “Qışa kimi Albaniya ilə yoldaşlıq oyunumuz var. Qışda isə Kiprlə oynamaq planlarımız var ki, bu da səfərdə olacaq. Amma o oyunlardan öncə Avstriya ilə evdə, Türkiyə ilə səfərdə baş tutacaq çox çətin qarşılaşmalarımız olacaq”.
 
Foqts sonda yığmamızdakı gələcək taleyinə də toxunub: “Mənim AFFA ilə müqaviləmin müddəti yanvarda başa çatacaq. Müqaviləni yeniləyəcəyəmmi? Bunu bilmirəm. Lakin öncə dediklərimdən belə qənaət hasil edərək güman ki, onu uzatmayacağamı deyə bilərəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.