22 sentyabr 2011 16:01
Azərbaycan Kiprlə qarşılaşacaq (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığması noyabr ayında birdən-birə iki yoldaşlıq oyunu keçirə bilər. Azerisport.az xəbər verir ki, Berti Foqtsun yetirmələrinin noyabrın 11-də Albaniya ilə səfərdə qarşılaşacağı artıq dəqiqdi.
Bundan dörd gün sonra isə millimiz Kiprlə görüşə bilər. Qeyd edək ki, bu barədə Berti Foqst məlumat verib. Onun sözlərinə görə, bu qarşılaşmanın da səfərdə keçirilməsi gözlənilir. Lakin bu yöndə hələ də davam etdirilən danışıqların necə tamamlanacağı bəlli deyil.
Xatırladaq ki, yığmamızı bu yoldaşlıq oyunlarından öncə oktyabrın 7-də Avstriya ilə ev, ayın 11-də isə Türkiyə ilə səfər oyunları gözləyir ki, həmin qarşılaşmalarla AÇ-2012-nin seçmə mərhələsinə yekun vurmuş olacağıq.
*
Hazırda Kiprdə təşkil olunan UEFA-nın tədbirində olan Elxan Məmmədov saytımıza açıqamasında bir neçə federasiya ilə yoxlama oyunu keçirmək üçün danışıqlar apardıqlarını təsdiqləyib. Onun sözlərinə görə, Kiprlə də ilkin razılaşma əldə olunub. Əgər planlar dəyişməsə, yığmamız noyabrın 15-də Kiprlə qarşılaşacaq.
