22 sentyabr 2011 14:21
Schalke baş məşqçisiz qaldı
Almaniya Bundesliqasının son turunun ardından daha bir baş məşqçi vəzifəsindən istefa verib. Azerisport.az xəbər verir ki, “Schalke” klubunun çalışdırıcısı Ralf Ranqnik öz istəyi ilə komandadan ayrılıb.
Ancaq bu istefa təcrübəli mütəxəssisin başçılıq etdiyi komandanın zəif çıxışı ilə bağlı olmayıb. Ranqnikin Helzenkirhen klubu ilə yollarını ayırmasına onun səhhətində yaranmış problemlər səbəb olub. Hələlik, onun postunu kimin tutacağı dəqiqləşməyib.
Xatırladaq ki, bu, Bundesliqada cari mövsümdəki ikinci istefadı. Bundan əvvəl “Hamburger” rəhbərliyi komandanın çalışdırıcısı Mixael Enninqi vəzifəsindən kənarlaşdırmışdı.
